"Real" Zidanı göndərmək istəyir, yeni namizəd də var

İspaniya "Kral Kuboku"nda mübarizəni erkən dayandıran "Real” baş məşqçi dəyişikli həyata keçirmək istəyir.

Sport7.az xəbər verir ki, Zinəddin Zidanın fəaliyyətindən razı qalmayan rəhbərlik alternativ axtarışına başlayıb. Fransalı mütəxəssisi əvəz etməyə ilk namizəd artıq müəyyənləşib. "Kral Klubu” bu posta "River Pleyt”in çalışdırıcısı Marselo Qalyardonu gətirməyi düşünür. 

Klub prezidenti Florentino Peres argentinalı mütəxəssisin iş prinsipini bəyənir. Onun tezliklə 45 yaşlı məşqçi ilə danışığa başlaması gözlənilir.

Qalyardo 2014-cü ildən "River Pleyt”ə rəhbərlik edir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR