"Real"da yeni qaydalar: İctimaiyyətə məlumat verilməyəcək

"Real" müdafiəçisi Kazemiro ilə müqaviləni yeniləməyəcək.
 
Sport7.az xəbər verir ki, bu haqda ispaniya mətbuatı məlumat yayıb. Klubun futbolçu ilə yeni müqavilə bağlamayacağı bildirilir.
 
Madrid təmsilçisində yeni qaydalar tətbiq olunacaq. Bundan sonra klub öz oyunçularının müqavilələri haqda ictimaiyyəti məlumatlandırmayacaq. "Real" rəhbərliyi bunu klubdaxili məsələ hesab etdiyindən belə addım atmağı qərara alıb. 
 
Bu top-klublar səviyyəsində yaşanacaq ilk təcrübə olacaq. Zidanın bu barədə jurnalistlərin suallarına cavab verib-verməyəcəyi də maraq doğurur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR