"Real"dan yeni transfer

"Real” basketbol klubu "Klivlend”in mərkəz oyunçusu Ante Jijiçi tansfer edib.

Sport7.az xəbər verir ki, mövsümün sonunda Ohayo klubu ilə müqavilə müddəti bitəcək 23 yaşlı basketbolçu azad agent statusu ilə Madrid klubuna keçəcək.

Xorvatiyalı basketbolçu 2016-cı ildə "Boston” tərəfindən draft edilib. 2017-ci ildən "Kavalyers”in heyətində çıxış edən Jijiç bu mövsüm keçirdiyi 22 görüşdə hər oyuna orta hesabla 4,4 xal və 3 ribaundla yadda qalıb. Bu günədək Jijiç MBA-da 113 oyuna çıxıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR