"Real"ın sabiq prezidenti koronavirusdan öldü

Bir neçə gün öncə Madrid "Real"ının sabiq prezidenti Lorenso Sanzın koronavirusa yoluxduğu üzə çıxmışdı.
 
Sport7.az xəbər verir ki, 1995-2005-ci illərdə ispan klubunun prezidenti olmuş mütəxəssis vəfat edib. Sans 76 yaşında koronavirusdan dünyasını dəyişib. O, bir neçə gün əvvəl yüksək temperaturla xəstəxanaya çatdırılıb və analizi müsbət nəticə verib. 

Prezidentliyi dönəmində 2-si Çempionlar Liqasının olmaqla "Real"a 6 kubok qazandıran Sanz, sonuncu dəfə 2010-cu ildə sahib olduğu "Kosta Del Sol" klubunu qətərli sponsorlara satmışdı
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR