"Real"ın sabiq vitse-prezidenti vəfat etdi - Koronavirusdan...

Madrid "Real"ının keçmiş vitse-prezidenti Amador Suares 76 yaşında koronavirusdan ölüb.

Sport7.az xəbər verir ki, bu haqda klub rəsmi məlumat yayıb. Sabiq funksioner bu xəstəliyə 40 günlük mübarizənin yekununda təslim olub. Suares 2006-cı ildə paytaxt təmsilçisinə direktor, 2007-ci ildə vitse-prezident təyin olunub. 2009-cu ildə isə o, postunu tərk edib.

Martda koronavirus infeksiyasından "Real"ın keçmiş prezidenti Lorenso Sans da həyatını itirmişdi. Kluba 1995 - 2000-ci illərdə rəhbərlik etmiş Sans da 76 yaşında vəfat edib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR