"Real"ın müdafiəçisi Xose İqnasio Naçoda yeni növ koronavirus infeksiyası aşkarlanıb.
Sport7.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. İspaniyalı futbolçunun karantinə alındığı bildirilib. O, I tip şəkərli diabetdən əziyyət çəkir.
"Real"ın baş məşqçisi Zinəddin Zidan da koronavirus infeksiyasına yoluxub.
Sport7.az