Rekordun 2 addımlığında

Rekordun 2 addımlığında

"Mançester Siti” bütün turnirləri əhatə edən qələbə seriyasını 21 oyuna çatdırıb.

Sport7.az xəbər verir ki, Pep Qvardiolanın komandası Premyer Liqada "Vulverhempton”a 4:1 hesabı ilə qalib gəlib.

Bu, "Böyük beşlik” liqaları üçün 3-cü göstəricidir. Mütləq rekord "Bavariya”ya məxsusdur. Almaniya təmsilçisi ötən il 2020-ci ildə ardıcıl 23 dəfə qalib gəlib. 2014-cü ildə Karlo Ançelottinin rəhbərlik etdiyi "Real” 22 dəfə sevinib.

"Mançester Siti” növbəti oyununu martın 7-də "Mançester Yunayted”ə qarşı keçirəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR