Renat qol vurdu, komandası qələbə qazandı

Renat qol vurdu, komandası qələbə qazandı

Portuqaliya kubokunda üçüncü təsnifat mərhələsinin görüşləri keçirilib.

Sport7.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Pakuş de Ferreyra” da bu turnirdə növbəti matçına çıxıb.

Səfərdə aşağı liqa təmsilçisi "Louletano” ilə üz-üzə gələn futbolçumuzun komandası əsas hissəsi 1:1 hesabıyla bitən bu görüşün əlavə vaxtında daha bir qol vurmaqla qalib gəlib və növbəti mərhələyə yüksəlib.

Renat start heyətdə meydana çıxıb, sonadək mübarizə aparıb və 110-cu dəqiqədə komandasının qələbə qolunu vurub. Dadaşov 115-ci dəqiqədə sarı vərəqə də alıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR