"Rəqib ağıllı futbol oynadı" - “Sabah”ın baş məşqçisi

"Bu gün rəqib ağıllı futbol oynadı. Onları qələbə münasibətilə təbrik edirəm”. 

Sport7.az xəbər verir ki, bunu "Sabah”ın baş məşqçisi Jelko Sopiç deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qəbələ” ilə ilk oyunu barədə fikirlərini açıqlayıb. O, 0:3 hesablı darmadağını şərh edib: "Futbol qol vurmaq üçündür. Bu gün imkanlarımızdan istifadə edə bilmədik. Cavab oyununda yaxşı nəticə qazanmaq üçün var gücümüzlə mübarizə aparmalıyıq". (Apasport.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR