"Rəqib müdafiəçilər kimi, koronavirusu da sürətlə keç və bizə qoşul!" - "Spartak"dan futbolçuya dəstək

Moskva "Spartak"ının futbolçusu Zəlimxan Bakayev də koronaviurusa yoluxub.
 
Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Moskva klubu futbolçusuna dəstək məqsədli paylaşım edib. Mesajda, "Tez sağal Zəlimxan! Rəqib müdafiəçilər kimi, koronavirusu da sürətlə keç və Tarasovda bizə qoşul! Səni meydanda gözləyirik!" sözləri yazılıb.
 
2019/20 mövsümündə "Spartak"ın heyətində 20 matçda meydana çıxan Bakayev 4 qola, 9 məhsuldar ötürməyə imza atıb!
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR