Rəşad Sadiqov:

Rəşad Sadiqov: "Maksim məndə qıcıq yaratdı" - MÜSAHİBƏ



"Qələbə qazana bilərdik. İkinci hissədə hesabda irəlidə idik. Bir çox səhvlər buraxdıq". Sport7.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkaran"ın futbolçusu Rəşad Sadiqov "Xəzər Lənkaran" - "Qarabağ" (2:3) oyundan sonra jurnalistlərə verdiyi müsahibəsində söyləyib.

- Matçda xal qazanmaq üçün komandada nə çatmadı?
- Bizim bəxtimiz çatmadı. Son iki qolu pis vəziyyətdə buraxdıq. Qapıçımız buraxdığı iki qolda böyük səhvə yol verdi.

- İkinci yarıda gərginlik artdı, bunu nə ilə əlaqələndirərdin? Yoxsa hakimin qərarları sizin əleyhinizə idi deyə belə gərginlik artdı?
- Hakimlə bağlı heç bir problem olmayıb. Bu təbii haldır. Hər bir geridə olan komanda hakimə etirazını bildirir. Biz iddialı komandaya qarşı oynayırdıq deyə gərginlik olmalı idi.

- Son iki matçınızı süni ot ortüyündə keçirmisiniz. Bu gün isə təbii ot örtyündə oynadınız. Bu amil sizə təsir etdimi?
- Stadion təmirdən yeni çıxdığına görə oynamaq çətin idi. Bu da təbii ki öz təsirini göstərirdi.

- Əfran İsmayılov "Neftçi" ilə matçdan sonra müdafiədə boşluq olduğunu bildirmişdi. Bu gün isə qapıçı səhvlərə yol verdi. Bu o demək deyilmi ki, komandanın hər mövqeyində boşluqlar var?
- Açığı, buna məşqçilər korpusu nəzər yetirməlidir. Komandamız qış fasiləsinə hazırlaşır. Fasilədə dəyişiklər olmalıdır.

- İkinci yarıda Rəşad Sadıqov və Maksim Medvedevlə aranızda mübahisə yaranmışdı. Bu haqda nə deyə bilərsən?
-  Düzdür, Maksimə qarşı kobud oynadım. Amma o mənə cavab qaytarmışdı. İstər-istəməz bu məndə qıcıq yaratdı və kobud oynadım. Lakin Rəşadla aramızda heç bir mübahisə olmayıb. Onunla həmişə oyun ərzində söhbətləşirik.

Sport7.Az

 

 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR