Reski Ukraynada ikinci oldu

Reski Ukraynada ikinci oldu

Badmintonçumuz Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərində keçirilən "RSL Kharkiv International 2019” turnirində 2-ci yer tutub.
 
Sport7.az xəbər verir ki, Edi finalda kişilərin şəxsi yarışında turnirin bir nömrəli reytinq favoriti, dünya reytinqində 33-cü sırada qərarlaşan hollandiyalı Mark Kaljouya 0:2 (15-21,10-21) hesabı ilə uduzub.
 
Badmintonçumuz TOKİO-2020 Yay Olimpiya Oyunlarına lisenizya xalları verən yarışda hesabına 3400 reytinq xalı yazdırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR