Reski yarımfinalda dayandı

Reski yarımfinalda dayandı

Badmintonçumuz Edi Reski Dviçayo Uqandanın Kampala şəhərində keçirilən "International Series" kateqoriyalı "Uganda International 2020" turnirində iştirak edib.
 
Sport7.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan Edi 1/16 finalda Portuqaliya təmsilçisi Atilano Bernardoya 2:0 (22-20,21-15) hesabı ilə qalib gəlib. Badmintonçumuz 1/8 finalda çexiyalı Milan Ludiki 2:0 (21-17,21-9) hesabı ilə məğlub edib, ardınca yarımfinala yüksəlmək uğrunda keçirilən görüşdə hindistanlı Sen Çiraq üzərində 2:0 (21-13,21-15) hesablı qələbə qazanıb. Edi yarımfinalda Niluka Karunaratneyə 1:2 (21-23,21-10,14-21) hesabı ilə uduzub.
 
Təmsilçimiz hesabına 1750 reytinq xalı yazdırıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR