Respublika Velotrekində qəza - 5000 manatlıq ziyan dəyib (FOTOLAR)

Respublika Velotrekində qəza - 5000 manatlıq ziyan dəyib (FOTOLAR)

Republika Velotrekinə zərər dəyib.
 
Sport7.az xəbər verir ki, buna səbəb ağır yük maşının sürücüsünün idarəetməni itirməsi nəticəsində Velotrekin hasarını dağıdıb. Hadisə gecə saat 00:30-da baş verib.
 
20 Yanvar dairəsində "HOWO” markalı yük maşınının əyləc sistemində nasazlıq yaranıb və sürücü idarəetməni itirərək əvvəlcə yolun kənarında dayanmış "Opel” markalı avtomobili yararsız vəziyyətə salıb, sonra isə hasarı uçuraraq yüksək sürətlə Respublika Velotrekinin ərazisinə daxil olub. 59 tonluq (17 ton öz çəkisi, 42 ton yük) maşın ərazidə 2 şam ağacını kökündən çıxardıb, skeyt meydançasındakı tramplinlərin birini köhnə avtovağzal ərazisinə salıb və qabaq təkərləri havadan asılı vəziyyətdə qalmaqla dayana bilib. Xoşbəxtlikdən sürücüyə heç nə olmayıb.
 
Ümumilikdə Respublika Velotrekinə 5000 manata yaxın maddi ziyan dəyib.
 





 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR