Rəsul Çunayev və Rafiq Hüseynov yenə dünyada birinci oldular  - REYTİNQ

Rəsul Çunayev və Rafiq Hüseynov yenə dünyada birinci oldular - REYTİNQ

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.

Yunan-Roma güləşi üzrə reytinq siyahısına 8 güləşçimizin adı daxil edilib.

Rəsul Çunayev (71 kq) və Rafiq Hüseynov (80 kq) ötən ay olduğu kimi birinciliklərini qoruyub. Həsən Əliyev (66 kq), Saman Təhmasibi (85 kq) və Elvin Mürsəliyevin (75 kq) də mövqeyində dəyişiklik baş verməyib. Saman Təhmasibi 2-ci, Həsən və Elvin müvafiq olaraq siyahıda 5-ci yerdədir. Ötən ay keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanan İslam Abbasov (85 kq) 2 pillə irəliləyərək 6-cı sıraya yüksəlib. 

59 kq
14. Taleh Məmmədov - Təxti Kuboku turniri 1-ci yer (13)

66 kq
5. Həsən Əliyev - DÇ 5-ci yer (5)
17. Kamran Məmmədov - Paris Qran Pri turniri 2-ci yer (13)

71 kq
1. Rəsul Çunayev - DK 1-ci yer (1)

75 kq
5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)

80 kq 
1. Rafiq Hüseynov - DK 1-ci yer (1)

85 kq
2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)
6. İslam Abbasov - U-23 AÇ 3-cü yer (8)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR