Reynaldo

Reynaldo "Dinamo"da

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Silva karyerasını Gürcüstanın "Dinamo" klubunda davam etdirəcək.
 
Sport7.az xəbər verir ki, bu barədə Batumi klubu məlumat yayıb. 
 
Yeni klubunda ilk açıqlamasını verın braziliyalı hücumçu hədəflərindən bəhs edib: 

"Karyeramda möhtəşəm səhifə buraxmışam. İndi bu səhifənin ardını "Dinamo"da gətirmək istəyirəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Bura gəlməyə qərar verdim, çünki yaxşı kollektiv olacağını düşündüm. Futbolçularla əlaqə saxladım, iddialı komanda olacağını dedilər. Adaptasiya prosesində mənə yardım edən braziliyalı futbolçuları görmək gözəldir. Hədəfim Gürcüstanda çempion olmaqdır".

Qeyd edək ki, Reynaldo Silva 2013-2017-ci illərdə və 2019-cu ildə yarımmövsüm Ağdam təmsilçisinin şərəfini qoruyub. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR