Reynaldo

Reynaldo "Qarabağ" üçün darıxıb

"Qarabağ”ın sabiq futbolçusu Reynaldo instaqram səhifəsində paylaşım edib.
 
Sport7.az xəbər verir ki, braziliyalı futbolçu "Qarabağ”ın forması ilə şəklini paylaşaraq, altında "saudades”, yəni "darıxıram” yazıb. Bir müddət öncə Tiflis "Dinamo"su ilə anlaşan "sambaçı" görünür Azərbaycan üçün darıxıb. Hər halda dəfələrlə Azərbaycanı sevdiyini deyən futbolçu bununla "Qarabağ"dakı karyerasını unutmadığını bildirib.
 
2013-2017-ci illərdə "Qarabağ"ın formasında 83 matça çıxmış Reynaldo 43 dəfə fərqlənməyi bacarıb. 2017-ci ildə "Adanaspor", ardınca Trnava "Spartak"ı və Qazaxıstan təmsilçisi "Aktobe"yə transfer olunan futbolçu 2019-cu ildə yenidən "Qarabağ"a qayıtsa da bu dəfə meydana çıxdığı 5 oyunun hamısını qolsuz başa vurub. İkinci dönüşündən sonra Qurban Qurbanovun etimadını doğrulda bilməyən Reynaldo Qazaxıstana, oradan da Gürcüstana gedib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR