Reynaldo

Reynaldo "Qarabağ"dan ayrıldı - ÖZƏL

"Qarabağ"ın aparıcı üzvü Reynaldo ölkəmizi tərk edir. Sport7.az xəbər verir ki, braziliyalı vətəninə yollanır.

Əldə etdiyimiz məlumata görə, dizindən zədə alan və bu səbəbdən də ağdamlılara kömək edə bilməyən "sambaçı", ölkəsində əməliyyat olunacaq. Onu komandanın digər braziliyalısı Çumbinyonu sağaldan həkim əməliyyat edəcək. Yalnız əməliyyatdan sonra Reynaldonun neçə ay yaşıl meydanlardan uzaq qalacağı dəqiq bilinəcək.

Qeyd edək ki, futbolçunun səfəri günorta saatlarına planlaşdırılıb. Onun nə zaman ölkəmizə qayıdacağı isə hələlik məlum deyil.  

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR