Reynaldo Türkiyəyə gedir

Reynaldo Türkiyəyə gedir

Azərbaycan Premyer Liqasının lideri "Qarabağ” da əksər klublar kimi, qış fasiləsində Antalyaya yollanacaq. 

Sport7.az saytının məlumatına görə, Ağdam klubu səfərə tam heyətlə gedə bilməyəcək. Çünki braziliyalı futbolçular Reynaldo və Çumbinyo yalnız Türkiyədə kollektivə qoşulacaq.
 
Reynaldo komandadan bir neçə gün öncə Türkiyəyə yola düşəcək və yerli klinikaların birində tibbi müayinədən keçəcək. Çumbinyo isə Antalyaya vətəni Braziliyadan yollanacaq. Reynaldonun fasilə müddətində kollektivlə birgə məşqə qoşulması gözlənilirsə, yarımmüdafiəçi fərdi məşqlərlə kifayətlənməli olacaq.
 
Xatırladaq ki, Çumbinyo sentyabrın 18-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Sent-Etyen”, Reynaldo isə noyabrın 11-də Premyer Liqanın 12-ci turunda "Bakı” ilə görüşdə zədələnib.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR