Riçard Almeydaya böyük ŞOK

Riçard Almeydaya böyük ŞOK

Millimizin üzvü Riçard Almeyda tezliklə klubsuz qala bilər.

Sport7.az xəbər verir ki, neftin qiymətinin sürətlə düşməsi iqtisadiyyati "qara qızıl”dan asılı olan ərəb ölkələrinə böyük zərbə vurub. Artıq ərəblər də qənaət rejiminə keçir, böyük xərclərdən çəkinirlər.

Ərəb ölkələrində futbol populyar olsa da, yerli futbolçular o qədər də güclü deyillər və bu səbəbdən ərəblər legionerlərə milyonlarla neft pulu xərcləyirlər. Hazırkı vəziyyət isə bu ölkələrdə futbola ayrılan pulların azaldılmasına zərurət yaradır. Artıq bir çox ərəb klubları yüksəködənişli əcnəbilərdən imtina etməyə başlayıblar.

Bu sırada millimizin braziliyalı futbolçusu Riçard Almeyda da var. Qış fasiləsində "Qarabağ”dan ayrılan Almeyda Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas” klubuyla anlaşmışdı. 31 yaşlı futbolçu ərəb klubunda 7 oyuna çıxmağa, bir dəfə penaltidən fərqlənməyə macal tapıb. Pandemiya səbəbindən hazırda BƏƏ çempionatında da fasilə yaranıb.

Hazırda 14 komandanın mübarizə apardığı BƏƏ çempionatında "Baniyas” 9-cu pillədə qərarlaşıb və liderdən 20 xal geri qalır.
 
Almeydanın hazırkı transfer qiyməti 1,6 milyon avrodur. Çox güman ki, pandemiya bitdikdən sonra Almeyda daha aşağı məbləğ qarşılığında özünə komanda axtarmalı olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR