Riqan Smit 200 m. məsafəyə arxa üstə üzmədə yeni dünya rekordu müəyyənləşdirdi

Riqan Smit 200 m. məsafəyə arxa üstə üzmədə yeni dünya rekordu müəyyənləşdirdi

Cənubi Koreyanın Kvandju şəhərində keçirilən Su İdman növləri üzrə dünya çempionatında qadın üzgüçülərin 200 m. məsafəyə arxa üstə üzmə yarışlarında finalçılar müəyyənləşib.

Yarımfinal sessiyası növbəti dünya rekordunun qırılması baxımından əlamətdar olub. 17 yaşlı Riqan Smit 2.03,35-lik nəticəsi ilə yeni rekord müəyyənləşdirib.

Əvvəlki dünya rekordu başqa bir amerikalı üzgüçü - Missi Frenklinə məxsus idi.
 
Qeyd edək ki, bu gün DÇ-2019-un axşam seansında üç dünya rekordu qeydə alınıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR