"Robert Prosineçki ikiüzlü idi" - Asmir Beqoviç

"Qarabağ"dan ayrıldıqdan sonra "Milan”a keçən Asmir Beqoviç Bosniya və Herseqovina mətbuatına müsahibə verib. 

Sport7.az xəbər verir ki, qolkiper milli komandanın sabiq baş məşqçisi Robert Prosineçkini səmimi olmamaqda günahlandırıb:

"Yığmanın baş məşqçisi Duşan Bayeviç və köməkçiləri məni ziyarət etdi. Əgər məşqçi səninlə görüşürsə, hər şeyin düzünü deməlidi. Bu, ən yaxşı yoldu. Bayeviç oyunçularla açıq danışan biridi. Hər zaman millidə olmuşam, ancaq əvvəlki baş məşqçi (Robert Prosineçki - red.) ikiüzlü adam idi. Mənə və mətbuata başqa sözlər deyirdi. Onun bu hərəkətinə layiq deyildim. İndi ən vacib amil problemləri həll etməkdir. Hamımız Avropa çempionatını arzu edirik. Bunu gerçəkləşdirmək üçün imkanlarımız var".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR