Robert Prosineçki istefa verdi

Robert Prosineçki istefa verdi

Bosniya və Herseqovina yığmasının baş məşqçisi Robert Prosineçki istefa verib.
 
Sport7.az xəbər verir ki, millimizin sabiq çalışdırıcısı AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün keçirilən Ermənistanla səfər oyununda 2:4 hesablı məğlubiyyətindən sonra komandasının başından ayrılmaq qərarına gəlib.  
 
Xorvat mütəxəssis bu qərarını matçdan sonra təşkil olunan mətbuat konfransında "Bizim də qol epizodlarımız oldu, amma onlardan yararlana bilmədik. İndi bunlardan danışmağın bir önəmi yoxdu. Çünki Bosniya və Herseqovina AÇ-yə gedə bilmir. Hədəfimiz AÇ-2020-yə vəsiqə qazanmaq idi. Bütün şansımızı itirdik. Məsuliyyəti üzərimə götürürəm və istefa verirəm”.
 
Prosineçki 2018-ci ilin əvvəlindən bu komandanı çalışdırırdı. Onun rəhbərliyi altında bosniyalılar cari seçmə mərhələdə 6 oyuna cəmi 7 xal toplayıblar.
 
50 yaşlı mütəxəssis 2014-2017-ci illər aralığında yığmamızın baş məşqçisi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR