Robert Prosineçki:

Robert Prosineçki: "Rahat deyilik, narahatlıq var"

Millimizin sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı "Kayserispor" hazırlıqlarını davam etdirir. 
 
Sport7.az xəbər verir ki, komandasını iyunun 12-də başlayacaq çempionata hazırlaşdıran xorvat mütəxəssis "Əlbəttə, işimizi görürük. Amma sağlamlıq futboldan öncə gəlir. Bütün tədbirləri görməklə çalışırıq. Amma rahat deyilik, narahatlıq var. Hər kəsin psixoloji durumu eyni olmaya bilər. Çətin dönəmdi" sözlərini söyləyib.
 
O hazırlıqlarla bağlı açıqlamasında "Arzu edirəm ki, bu virus tezliklə bitsin. Əvvəlki kimi olmasa da həyat normala dönə bilər. Avropada futbol yenidən başlayır. Türkiyə Futbol Federasiyası da qərar verib. Bu qərara hörmətlə yanaşmalıyıq. Sağlamlıq tədbirləri fonunda işimizi ən yaxşı şəkildə görüb oyunlara hazırlaşcağıq. Hələ ki, bu şəkildə çalışırıq" ifadələrini də işlədib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR