Roberto Bordin:

Roberto Bordin: "Onun dediklərinə şərh vermək istəmirəm"

"Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Sperantsa" klubuyla cavab matçı öncəsi mətbuat konfransı keçirib.
 
Sport7.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə sabahkı qarşılaşma haqda danışıb: "Əlbəttə, sabah bizi çətin oyun gözləyir. Bu, futboldu, gözlənilməz nəticələr tez-tez olur. Ona görə sabahkı matça maksimum konsetrasiya olacağıq ki, qələbəmizi qazanaq. İlk oyundakı nəticə bizi aldatmamalıdı. Boşalmaq olmaz. Maksimum diqqətli olmalıyıq. İlk oyunda da rəqib bizə çətin vəziyyətlər yaratmışdı. Fasiləyədək real qol imkanı vardı, Səlahət Ağayev bizi xilas etdi. Yenə qol imkanları vardı, ancaq istifadə edə bilmədilər" 

- İlk oyunla müqayisədə start heyətdə nəsə dəyişiklilər gözlənilir?

- Hələ bir gün vaxtımız var. Bugünkü məşqdən sonra məşqçilər heyəti ilə birgə müəyyənləşdirəcəyik.

- Zədəli Soni Mustivarla Baqali Dabo nə vaxta tam hazır olacaqlar ki, meydana çıxsınlar?

- Hər ikisi bizim üçün vacib futbolçulardı. Soni əsas komandayla məşqlərə başlayıb. Son həftəni yaxşı çalışıb. Yüksək xarakterə malik futbolçudu, heç vaxt təslim olmur. Bu da yaxşı hazırlaşmasına imkan verir. Ola bilər ki, onu sabah heyətdə görəcəksiniz. Daboda da irəliləyiş var. Həkimlərin nəzarəti altında çalışır. Onu da yaxın vaxtlarda meydanda görə biləcəksiniz.

- "Arsenal” matçadək yeni transfer görə biləcəyikmi? Ümumiyyətlə, yeni futbolçuya ehtiyac varmı?

- Bugün yalnız "Sperantsa”yla matçı düşünürəm. Bu səddi keçəndən sonra digər mövzular haqda da düşünəcəyik. İndi hamı qarşıdakı oyunu düşünür.

- Cavab görüşündə hansı nəticə sizi qane edəcək?

- Çalışacağıq ki, hücum futbolu oynayaq, oyunda diqtə edən edən tərəf olaq. Aqressiv oynayaraq qələbə qazanaq. İstənilən hesablı qələbə məni qane edəcək.

- Ola bilər ki, "Neftçi” "Arsenal”la matçı düşünərək bəzi sirlərini gizlətsin?

- Bundan öncə də cavab verdim ki, indi yalnız qarşıdakı oyunu düşünürəm.

- Moldovada komandanın oyunu sizi nə dərəcədə qane etdi?

- Mənə vacib olan komandanın oyuna yanaşması idi. Moldovada çempionat davam etdiyindən, rəqib daha hazırlıqdı. Futbolçularımız da işə ciddi yanaşdılar. Bəzi səhvlərimiz oldu ki, rəqib sürətli futbolçuları sayəsində qapımız qarşısında təhlükəli vəziyyətlər yaratdı. Çalışacağıq ki, bunları təkrarlamayaq. 

- Həmkarınız Kristina Efros ilk görüşdən sonra dedi ki, belə qələbə qazansaydı, bir həftə yata bilməzdi. Sabah yaxşı oyunla inamlı qələbə qələbə qazanaraq onun yuxusunu qaçırmaq barədə düşünürsünüz?

- Onun dediklərinə şərh vermək istəmirəm.

- Bəlkə onun problemi şəxsən sizlədi ki, onu Moldovada çox udmusunuz? Yəni problem "Neftçi"ylə bağlı deyildi....
 
- Onunla heç bir şəxsi problemim yoxdu. Efros haqda yox, yalnız komandanın oyunu haqda düşünürəm. Bir azdan Efrosun mətbuat konfransı olacaq ki, suallarınızı ona versəniz, daha uyğun olar.

- "Neftçi”nin müdafiə xəttinə Vojislav Stankoviç gəldi. Ancaq ilk matçda Mamadu Mbodju heyətə daxil etməyiniz risklə bağlı deyildi? Gələcək nə göstərəcək?
 
-  Komandamızda 6 müdafiəçi var ki, bunun 4-ü mərkəzdi. Güclü rəqabət var. Həmin an üçün düşündüm ki, Mbodjla Petrov cütünlüyünə şansı verim. Bəlkə də bugünkü məşqdən sonra əsas heyətdə dəyişiklik olsun. (Sport24.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR