RQ: 17 yaşlı Anisimova Halepi mübarizədən kənarlaşdırdı, Barti Kizi məğlub etdi

RQ: 17 yaşlı Anisimova Halepi mübarizədən kənarlaşdırdı, Barti Kizi məğlub etdi

Tennisdə mövsümün ikinci "Böyük dəbilqə" turniri olan "Rolan Qarros"da qadınların mübarizəsində 1/4 final mərhələsinə yekun vurulub.

Dünya 3 nömrəsi Simona Halep Amanda Anisimova ilə qarşılaşıb. Rumın tennisçi oyunun favoriti hesab olunsa da, hadisələr fərqli senari üzrə cərəyan edib. 1 saat 10 dəqiqə davam edən matç boyunca üstün oyun nümayiş etdirən Anisimova son çempionu mübarizədən kənarlaşdırıb. Digər 1/4 final cütündə isə Əşli Barti Medison Kizi məğlub edərək yarımfinala yüksəlib.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Qadınlar

1/4 final

Əşli Barti (Avstraliya) - Medison Kiz (ABŞ) - 2:0 (6:3, 7:5)

Amanda Anisimova (ABŞ) - Simona Halep (Rumıniya) - 2:0 (6:2, 6:4)


Marketa Vondrouşovanın (19 yaş) ardınca 17 yaşlı Amanda Anisimovanın da "Rolan Qarros"da yarımfinala yüksəlməsi nəticəsində "US Open-2009"-dan bəri (Voznyaki və Vikmayer) ilk dəfə hansısa "Böyük dəbilqə" turnirində "son dördlük"də iki yeniyetmə tennisçinin olacağı dəqiqləşib.

Qeyd edək ki, yarımfinalda Əşli Barti Amanda Anisimova ilə qarşılaşacaq, Yohanna Konta isə Marketa Vondrouşovaya rəqib olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR