"Rolan Qarros"da Barti - Vondrouşova finalı olacaq

"Rolan Qarros"da qadınların mübarizəsində finalçılar müəyyənləşib.

Əşli Barti Amanda Anisimova ilə qarşılaşıb. İlk seti tay-breykdə qazanan tərəf amerikalı tennisçi olsa da, Barti oyunda geridönüş edə bilib. İkinci və üçüncü setləri 6:3 hesabı ilə öndə bitirən avstraliyalı raketka ustası finala yüksəlib.

Bartinin finaldakı rəqibi isə Marketa Vondrouşova olacaq. Çex tennisçi 1 saat 48 dəqiqə davam edən oyunda britaniyalı rəqibi Yohanna Kontanı üstələyib.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Qadınlar

Yarımfinal

Əşli Barti (Avstraliya) - Amanda Anisimova (ABŞ) - 2:1 (6:7, 6:3, 6:3)

Marketa Vondrouşova (Çexiya) - Yohanna Konta (Böyük Britaniya) - 2:0 (7:5, 7:6)


Barti və Vondrouşova arasındakı final görüşünün startı sabah Bakı vaxtı ilə saat 17:00-da planlaşdırılıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR