Rolan Qarros: Cokoviç, Zverev və Tim 1/4 finalda

Rolan Qarros: Cokoviç, Zverev və Tim 1/4 finalda

"Rolan Qarros"da kişilərin mübarizəsində də 1/8 final mərhələsinə yekun vurulub.

Dünya 1 nömrəsi Novak Cokoviç Yan-Lennard Ştruffu çətinlik çəkmədən məğlub edib. Ötən gün yarımçıq dayandırılan Kei Nisikori - Benua Per matçında qalib müəyyənləşib. Yapon tennisçi 4 saata yaxın davam edən oyunda qələbə qazanan tərəf olub.

Aleksandr Zverev Fabio Foninini, Dominik Tim Qael Monfisi mübarizədən kənarlaşdırıb. Karen Xaçanov isə Xuan Martin del Potrodan güclü olub.

Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Kişilər

1/8 final

Novak Cokoviç (Serbiya) - Yan-Lennard Ştruff (Almaniya) - 3:0 (6:3, 6:2, 6:2)

Kei Nisikori (Yaponiya) - Benua Per (Fransa) - 3:2 (6:2, 6:7, 6:2, 6:7, 7:5)

Aleksandr Zverev (Almaniya) - Fabio Fonini (İtaliya) - 3:1 (3:6, 6:2, 6:2, 7:6)

Dominik Tim (Avstriya) - Qael Monfis (Fransa) - 3:0 (6:4, 6:4, 6:2)

Karen Xaçanov (Rusiya) - Xuan Martin del Potro (Argentina) - 3:1 (7:5, 6:3, 3:6, 6:3)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR