Rolan Qarros: Cokoviç, Zverev və Tim yoluna davam edir

Rolan Qarros: Cokoviç, Zverev və Tim yoluna davam edir

"Rolan Qarros"da kişilərin mübarizəsində də ikinci mərhələnin görüşləri keçirilib.

Dünya bir nömrəsi Novak Cokoviç çətinlik çəkmədən Henri Laaksoneni üstələyib. Aleksandr Zverev Mikael İmeri, Dominik Tim isə Aleksandr Bubliki məğlub edib.

Xuan Martin del Potro 5 set davam edən matç sonunda Yoşihito Nişiokanı mübarizədən kənarlaşdırıb. Qael Monfis də yoluna davam edir. Fransız raketka ustası həmyerlisi Adrian Mannarinoya qalib gəlib.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Kişilər

İkinci mərhələ

Dominik Tim (Avstriya) - Aleksanr Bublik (Qazaxıstan) - 3:1 (6:3, 6:7, 6:3, 7:5)

Aleksandr Zverev (Almaniya) - Mikael İmer (İsveç) - 3:0 (6:1, 6:3, 7:6)

Novak Cokoviç (Serbiya) - Henri Laaksonen (İsveçrə) - 3:0 (6:1, 6:4, 6:3)

Xuan Martin del Potro (Argentina) - Yoşihito Nişioka (Yaponiya) - 3:2 (5:7, 6:4, 6:3, 6:7, 6:2)

Qael Monfis (Fransa) - Adrian Mannarino (Fransa) - 3:0 (6:3, 6:4, 6:4)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR