Rolan Qarros: Finalçılar müəyyənləşir

Rolan Qarros: Finalçılar müəyyənləşir

Tennisdə mövsümün ikinci "Böyük dəbilqə" turniri "Rolan Qarros"da bu gün həm qadınların, həm də kişilərin mübarizəsində finalçılar müəyyənləşəcək.

İlk oyun seansı Bakı vaxtı ilə saat 13:00-a planlaşdırılıb. Qadınlarda Əşli Barti Amanda Anisimova ilə qarşılaşacaq, Yohanna Konta isə Marketa Vondrouşova ilə münasibətlərinə aydınlıq gətirəcək.

Ardınca kişilərdə yarımfinal görüşləri keçiriləcək. Əvvəlcə Rocer Federer və Rafael Nadal korta çıxacaq. Ardınca Novak Cokoviç və Dominik Tim üz-üzə gələcək.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Kişilər

Yarımfinal

14:50. Rocer Federer (İsveçrə) - Rafael Nadal (İspaniya)

16:50. Novak Cokoviç (Serbiya) - Dominik Tim (Avstriya)


Qadınlar

Yarımfinal

13:00. Əşli Barti (Avstraliya) - Amanda Anisimova (ABŞ)

13:00. Yohanna Konta (Böyük Britaniya) - Marketa Vondrouşova (Çexiya)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR