"Rolan Qarros"da kişilərin mübarizəsində də üçüncü mərhələnin oyunları keçirilib.
"Torpaq kortların kralı" Rafael Nadal David Qoffeni üstələyib. Rocer Federer çətinlik çəkmədən Kasper Ruuda qalib gəlib.
1/8 finala yüksələnlər sırasında Kei Nisikori və Benua Per də var.
Qeyd edək ki, Sten Vavrinka - Qriqor Dimitrov və Stefanos Çiçipas - Filipp Krainoviç matçları bu günə təxirə salınıb.
Rolan Qarros ("Böyük dəbilqə")
Paris, Fransa
Kişilər
Üçüncü mərhələ
Kei Nisikori (Yaponiya) - Laslo Dyere (Serbiya) - 3:2 (6:4, 6:7, 6:3, 4:6, 8:6)
Benua Per (Fransa) - Pablo Karreno-Busta (İspaniya) - 2:1 (6:2, 4:6, 7:6 - Karreno-Busta imtina edib)
Rocer Federer (İsveçrə) - Kasper Ruud (Norveç) - 3:0 (6:3, 6:1, 7:6)
Xuan İqnasio Londero (Argentina) - Korenten Mute (Fransa) - 3:2 (2:6, 6:3, 6:4, 5:7, 6:4)
Leonardo Mayer (Argentina) - Nikolya Mayyu (Fransa) - 3:1 (3:6, 7:6, 6:4, 7:6)
Rafael Nadal (İspaniya) - David Qoffen (Belçika) - 3:1 (6:1, 6:3, 4:6, 6:3)
Sten Vavrinka (İsveçrə) - Qriqor Dimitrov (Bolqarıstan) - 2:0 (7:6, 7:6 - təxirə düşüb)
Stefanos Çiçipas (Yunanıstan) - Filipp Krainoviç (Serbiya) - 2:1 (7:5, 6:3, 6:7 - hazırda davam edir)
Sport7.az