Rolan Qarros: Plişkova yoluna davam edir, Bertens mübarizəni dayandırdı

Rolan Qarros: Plişkova yoluna davam edir, Bertens mübarizəni dayandırdı

"Rolan Qarros"da qadınların mübarizəsində ikinci mərhələnin oyunları keçirilir.

Dünya iki nömrəsi Karolina Plişkova çətinlik çəkmədən Kristina Kuçovanı məğlub edib. Elina Svitolina Katerina Kozlovanın imtinası nəticəsində oyuna çıxmadan mərhələ adlayıb. Qarbinye Muqurusa ikinci mərhələdə Yohanna Larssondan güclü olub. Kiki Bertens isə görüşü sona qədər davam etdirə bilmədiyi üçün turnirlə vidalaşıb.

Üçüncü mərhələyə keçənlər sırasında Sloun Stivens, Eliza Mertens və Yohanna Konta da var.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Qadınlar

İkinci mərhələ

Qarbinye Muqurusa (İspaniya) - Yohanna Larsson (İsveç) - 2:0 (6:4, 6:1)

Sloun Stivens (ABŞ) - Sara Sorribes-Tormo (İspaniya) - 2:0 (6:1, 7:6)

Karolina Plişkova (Çexiya) - Kristina Kuçova (Slovakiya) - 2:0 (6:2, 6:2)

Elina Svitolina (Ukrayna) - Katerina Kozlova (Ukrayna) - 0:0 (Kozlova imtina edib)

Viktoriya Kujmova (Slovakiya) - Kiki Bertens (Hollandiya) - 3:1 (Bertens imtina edib)

Eliza Mertens (Belçika) - Dian Parri (Fransa) - 2:0 (6:1, 6:3)

Yohanna Konta (Böyük Britaniya) - Lorin Devis (ABŞ) - 2:1 (6:3, 1:6, 6:3)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR