Rolan Qarros: Qadınlarda ilk yarımfinalçılar müəyyənləşdi

Rolan Qarros: Qadınlarda ilk yarımfinalçılar müəyyənləşdi

Tennisdə mövsümün ikinci "Böyük dəbilqə" turniri olan "Rolan Qarros"da qadınların mübarizəsində 1/4 final mərhələsinə start verilib.

Sloun Stivens Yohanna Konta ilə qarşılaşıb. 4 və 6-cı qeymlərdə breyk edən və servis oyunlarında xal verməyən britaniyalı tennisçi ilk seti aktivinə yazdırıb. İkinci setin ilk qeymində Stivensin servisindən xal çıxaran Konta üstünlüyünü sona qədər əldən verməyib. Beləliklə, 2:0 hesabı ilə qələbə qazanan Yohanna yarımfinala yüksəlib.
 
Marketa Vondrouşova 2 saat davam edən matç sonunda Petra Martiçi məğlub edə bilib. 19 yaşlı raketka ustası ilk dəfədi ki, adını "Böyük dəbilqə" seriyalı turnirdə "son dörd" tennisçi sırasına yazdırıb.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Qadınlar

1/4 final

Yohanna Konta (Böyük Britaniya) - Sloun Stivens (ABŞ) - 2:0 (6:1, 6:4)
 
Marketa Vondrouşova (Çexiya) - Petra Martiç (Xorvatiya) - 2:0 (7:6, 7:5)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR