Rolan Qarros: Stivens Muqurusanı mübarizədən kənarlaşdırdı, Konta 1/4 finalda

Rolan Qarros: Stivens Muqurusanı mübarizədən kənarlaşdırdı, Konta 1/4 finalda

Tennisdə mövsümün ikinci "Böyük dəbilqə" turniri olan "Rolan Qarros"da qadınların mübarizəsində 1/8 final mərhələsinə start verilib.

Günün mərkəzi matçında Sloun Stivens Qarbinye Muqurusanı məğlub edib. "İtaliya Open"in finalçısı Yohanna Konta Donna Vekiçi mübarizədən kənarlaşdırıb.

19 yaşlı Marketa Vondrouşova Anastasiya Sevastovaya şans verməyib. Mərhələ adlayanlar sırasında Kayya Kanepiyə qalib gələn Petra Martiç də var.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Qadınlar

1/8 final

Petra Martiç (Xorvatiya) - Kayya Kanepi (Estoniya) - 2:1 (5:7, 6:2, 6:4)

Marketa Vondrouşova (Çexiya) - Anastasiya Sevastova (Latviya) - 2:0 (6:2, 6:0)

Yohanna Konta (Böyük Britaniya) - Donna Vekiç (Xorvatiya) - 2:0 (6:2, 6:4)

Sloun Stivens (ABŞ) - Qarbinye Muqurusa (İspaniya) - 2:0 (6:4, 6:3)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR