Rolan Qarros: Stivens və Konta 1/8 finalda

Rolan Qarros: Stivens və Konta 1/8 finalda

"Rolan Qarros"da qadınların mübarizəsində üçüncü mərhələnin görüşləri keçirilib.

Dünya 7 nömrəsi Sloun Stivens Belinda Bençiçi məğlub edib. "İtaliya Open"in finalçısı Yohanna Konta Viktoriya Kujmovaya şans verməyib.

Üçüncü mərhələdə "Qatar Open"in qalibi Eliza Mertens və "Dubay Open"də çempionluq yaşayan Belinda Bençiç mübarizəni dayandırıblar. 1/8 finala yüksələnlər sırasında Marketa Vondrouşova, Kayya Kanepi və Donna Vekiç də var.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Qadınlar

Üçüncü mərhələ

Anastasiya Sevastova (Latviya) - Eliza Mertens (Belçika) - 2:1 (6:7, 6:4, 11:9)

Marketa Vondrouşova (Çexiya) - Karla Suares-Navarro (İspaniya) - 2:0 (6:4, 6:4)

Kayya Kanepi (Estoniya) - Veronika Kudermetova (Rusiya) - 2:1 (4:6, 6:3, 6:0)

Sloun Stivens (ABŞ) - Polona Herçoq (Sloveniya) - 2:1 (6:3, 5:7, 6:4)
 
Donna Vekiç (Xorvatiya) - Belinda Bençiç (İsveçrə) - 2:0 (6:4, 6:1)

Yohanna Konta (Böyük Britaniya) - Viktoriya Kujmova (Slovakiya) - 2:0 (6:2, 6:1)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR