Rolan Qarros: Yarımfinalda Federer - Nadal dueli olacaq

Rolan Qarros: Yarımfinalda Federer - Nadal dueli olacaq

"Rolan Qarros"da kişilərin mübarizəsində ilk yarımfinalçılar müəyyənləşib.

Rocer Federer 3 saat 40 dəqiqə davam edən görüşün sonunda həmyerlisi Sten Vavrinkanı məğlub edib. İsveçrəli raketka ustası 2012-ci ildən bəri ilk dəfə yarımfinala yüksəlib.

Turnirin 11 qat qalibi Rafael Nadal da 1/4 final mərhələsini uğurla adlayıb. İspan tennisçi çətinlik çəkmədən Kei Nisikoriyə qalib gəlib.


Rolan Qarros ("Böyük dəbilqə")

Paris, Fransa

Kişilər

1/4 final

Rocer Federer (İsveçrə) - Sten Vavrinka (İsveçrə) - 3:1 (7:6, 4:6, 7:6, 6:4)

Rafael Nadal (İspaniya) - Kei Nisikori (Yaponiya) - 3:0 (6:1, 6:1, 6:3)


Yarımfinalda Rocer Federer Rafael Nadalla qarşılaşacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR