"Roma" İquaini razı salmaq üçün kapitanlıq sarğısını təklif edir

"Roma" mövsümlərarası fasilədə "Yuventus"un forvardı Qonsalo İquaini transfer etmək istəyir.

"Roma" İquaini razı sala bilmək üçün kapitanlıq sarğısını ona verməyə hazırdı. "Corriere dello Sport"un məlumatına görə, argentinalı futbolçu İtaliya A Seriyasında oynamaq niyyətində deyil. Bu səbəbdən 31 yaşlı hücumçunun təklifi qəbul edəcəyi inandırıcı görünmür.

Kapitanlığın İquainə verilməsinə dair ehtimalın ortaya çıxması azarkeşlərin də narazılığına səbəb olub. Son illərdə komandada sarğı yalnız yerli romalılarda - Alessandro Florentsi, Daniele de Rossi, Françesko Totti və Cuzeppe Cannini - olub. Fanatlar ənənənin pozulmasına qarşıdılar.
 
Qeyd edək ki, İquainin adı "Vest Hem"lə birlikdə hallanır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR