"Roma" penaltilər sayəsində "Real"ı məğlub etdi (VİDEO)

"Mabel Green" kubokunun qalibi müəyyənləşib.

Roma Olimpiya Stadionunda keçirilən görüşdə "Roma" və "Real" üz-üzə gəlib. Matçın əsas vaxtında komandalar hərəyə iki dəfə fərqləniblər. Nəticədə qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac yaranıb. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Roma" qələbə qazanıb.


Mabel Green kuboku

"Roma" - "Real" - 2:2

Qollar: Perotti (34), Ceko (40) - Marselo (16), Kazemiro (39)

Penaltilər seriyası - 5:4


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR