"Roma" türk futbolçunu satmaq istəyir

Koronavirusun ən çox yayıldığı ölkələrdən olan İtaliya klubları da bu xəstəlik üzündən maliyyə problemləri ilə üzləşib.
 
Sport7.az xəbər verir ki, A Seriyasının təmsilçisi "Roma" bu üzdən bəzi futbolçularını satmaq niyyətindədi. Onların arasında türkiyəli Cengiz Ündər də var. İtaliya mətbuatının yazdığına görə Ündər satılacaq futbolçular siyahısında ön sıralarda yer alıb. 
 
2017-ci ildə 15 milyon avroya "Roma"ya transfer edilən gənc futbolçunun müqaviləsinin müddəti sonradan 2023-cü ilə qədər  uzadılmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR