Romada dünya rekordu qırıldı

Romada dünya rekordu qırıldı

Atletika üzrə Brilyant Liqanın Romadakı mərhələsi tarixi hadisə ilə əlamətdar olub.

Sport7.az xəbər verir ki, isveçli Arman Dyuplantis şüvüllə 6,15 m hündürlüyə tullanmaqla dünya rekordunu yeniləyib. O, 1994-cü ilin iyulunda əfsanəvi Sergey Bubkanın imza atdığı rekordu qırıb. Arman ukraynalının göstəricisini 26 ildən sonra 1 sm üstələyib.

6 metri fəth edən ilk idmançı olan Bubka 1984-1994-cü illərdə 35 dəfə dünya rekordunu yeniləməklə Ginnesin rekordlar kitabına düşüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR