Roman Qriqorçuk:

Roman Qriqorçuk: ""Nəticədə çətin vəziyyətə düşdük" 

"Sonuncu yoxlama oyunumuzun ssenarisi bizim üçün bir az uğursuz oldu". 

Sport7.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Qəbələ" sonuncu yoxlama oyununda Türkmənistanın "Altın Asır" klubu ilə (3:3) qarşılaşıb. Asiya təmsilçisi ilə görüşdən sonra "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk hazırlıq prosesi və yoxlama oyunu haqda fikirlərini klubun rəsmi saytına bildirib: "Oyunun ilk hissəsində xeyli qol imkanlarını qaçırdığımızdan, matç başqa məcrada davam etdi. Nəticədə çətin vəziyyətə, hesabda iki top geriyə düşdük. Komandamın məhz belə durumda özünü necə göstərməsi mənə maraqlı idi. Hesabdakı geriliyi aradan qaldıra bilməyimiz xarakterin olduğunu göstərir. Bu isə çox vacib amildi. Fasilədən sonra rəqibi tam üstələdik. Futbolçuların ikinci hissədə əzmkarlıq göstərmələri nəticəsində məğlubiyyətdən qaça bildik. Məhz ikinci hissəyə əsasən məndə yaxşı təəssürat qaldı".

Ukraynalı mütəxəssis mövsümün ikinci yarısında "Qəbələ"nin qarşısında duran məqsəd haqda da danışıb: "Biz indidən heç nəyi proqnozlaşdıra bilmərik. Qarşımızdakı çətin vəzifə avrokuboklara vəsiqə qazanmaqdı. Bunun üçün isə turnir cədvəlində irəliləməliyik. Avropa Liqasına düşmək üçün 10 xallıq fərqi aradan qaldırmalıyıq. Bu isə heç də asan iş deyil. Ancaq qarşımıza qoyduğumuz bu çətin vəzifəni həll etməliyik".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR