"Roma"nın yeni prezidentinin adı açıqlandı

Amerikalı iş adamı Den Fridkin "Roma"nı alıb.
 
Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yerləşdirilib. Artıq tərəflər arasında rəsmi müqavilə də imzalanıb. Klubu Ceyms Palottadan satın alan Fridkinin paytaxt təmsilçisinin səhmləri üçün 591 milyon avro ödədiyi bildirilib. Təhvil-təslim işlərinin 4-5 həftə çəkəcəyi gözlənilir.

Bəzi hüquqi prosedurlara görə Fridkin yalnız 2 aydan sonra klubun prezidenti təyin olunacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR