Ronaldinyo həbsdən buraxıldı

Ronaldinyo həbsdən buraxıldı

Braziliya yığmasının əfsanələrindən olan Ronaldinyo Paraqvay həbsxanasını tərk edib.

Sport7.az xəbər verir ki, bu barədə ispaniya mətbuatında xəbər yer alıb. Məlumata görə, Ronaldinyo həbs cəzasından azad edilib və hazırda Asunsyon mehmanxanasında ev dustaqlığındadır. Yəni sabiq futbolçu həbsxanada 1 ay keçirib.

Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə həbs olunmuşdular. Martın 5-də Paraqvayın baş prokuroru braziliyalının həbsinə order verib. Amma növbəti gün sabiq futbolçu həbsdən azad edilib.

Lakin bir neçə saat sonra Ronaldinyo yenidən baş prokurorluğun sorğusu əsasında həbs olunub. Məhkəmə onun həbs müddətini altı aya qədər uzatmaq barədə hökm çıxarıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR