Ronaldo 9,5 milyon avroya avtomobil aldı - FOTO

Ronaldo 9,5 milyon avroya avtomobil aldı - FOTO

"Yuventus"un ulduz futbolçusu Kriştianu Ronaldu avtomobil kolleksiyasına daha bir avtomobil əlavə edib. 

Sport7.az xəbər verir ki. bu barədə "Bild" məlumat yayıb. 

Nəşrin yaydığı xəbərə görə, 35 yaşlı portuqaliyalı özü üçün Fransa istehsalı olan "Bugatti Centodieci" sifariş edib. Onun bu avtomobil üçün 9,5 milyon avro xərclədiyi iddia olunur. Ronaldo məhdud sayda - cəmi 10 ədəd istehsal olunan avtomobilə 2021-ci ildə sahib olacaq.

Qeyd edək ki, Kriştianu Ronaldonun qarajında artıq "Bugatti"nin iki modeli var: "Veyron" və "Chiron". "Centodieci" isə eyni kampaniyaya məxsus 3-cü avtomobil olacaq.
 

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR