Ronaldo göz yaşı tökdü:

Ronaldo göz yaşı tökdü: "Həmişə sərxoş olurdu" (VİDEO)

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo GMB verilişində Pyers Morqana müsahibə verib.

Qaynar TV xəbər verir ki, portuqaliyalı ulduz şəxsi həyatından, başına gələn hadisələrdən, qalmaqallardan və sevgilisi Corcina Rodrigesdən danışıb.

Ronaldo hələ 20 yaşında olarkən itirdiyi atası Joze Dinis Aveyro ilə bağlı yayımlanan reportajı görəndə gözyaşlarını saxlaya bilməyib: "Videonu daha öncə heç görməmişdim. İnanılmazdı. Reportajın daha əyləncəli olacağını düşünürdüm, ağlamağı gözləmirdim. Atamı heç vaxt 100 faiz tanımaya bilmədim. Həmişə sərxoş olurdu. Aramızda normal münasibət yox idi. Hazırda zirvədə olduğumu, əldə etdiklərimi görə bilmədi”.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR