Ronaldo koronavirusla mübarizəyə yardım edəcək

Ronaldo koronavirusla mübarizəyə yardım edəcək

"Yuventus"un və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu koronavirusla mübarizəyə dəstək verəcək.

Sport7.az xəbər verir ki, bu haqda AS nəşri yazıb. 35 yaşlı hücumçu öz agenti Jorje Mendeş kimi hərəkət etməyi qərara gəlib. Mendeş Portuqaliya xəstəxanaları üçün dərmanlar, tibbi xalatlar və maskalar alıb. Ronaldu da tibb müəssisələrinə dərman və lazımi müdafiə vasitələri yardımı etməyi planlaşdırır.

Kriştianu Ronaldu hazırda Portuqaliyada karantindədir. Onun "Yuventus"dakı komanda yoldaşlarında koronavirus aşkarlanıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR