Ronaldo Messini qabaqladı: Tarixin ən yaxşı futbolçusu seçildi

Ronaldo Messini qabaqladı: Tarixin ən yaxşı futbolçusu seçildi

İspaniyanın "Marca" nəşri tarixin ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün oxucuları arasında sorğu keçirib.

Sport7.az xəbər verir ki, mini-turnirin finalında "Yuventus"un hücumçusu Kriştianu Ronaldo və "Barselona"nın forvardı Lionel Messi üz-üzə gəlib. Portuqaliyalı futbolçu 246 min səs toplayaraq argentinalı rəqibini (209 min səs) qabaqlayıb və qalib olub.

Finala gedən yolda Ronaldo Paolo Maldini, Zinəddin Zidan və Dieqo Maradonanı üstələyib. Messi isə Ferents Puşkaş, Alfredo Di Stefano və Ronaldodan güclü olub.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR