Ronaldo üçün 10 ildən sonra tarix təkrarlandı

Ronaldo üçün 10 ildən sonra tarix təkrarlandı

Dünən axşam keçirilən "Yuventus” – "Lion” qarşılaşması Kriştiano Ronaldo üçün heç də əlamətdar olmayıb.

Sport7.az xəbər verir ki, "ulduz” futbolçunun komandası Çempionlar Liqasıyla vidalaşıb.

"Yuventus”a keçməzdən öncə "Real”la ardıcıl üç kubok qazanan Ronaldo "Yuventus”la iki il dalbadal turnirin ¼ final mərhələsinə adlaya bilmir.

Daha bir acı məqam var. Ronaldo üçün 10 il bundan əvvəlki tarix təkrarlanıb. "Lion” 10 il bundan əvvəl Ronaldonun da forma geyindiyi "Real”ı Çempionlar Liqasından kənarlaşdırmışdı. 2010-cu ildə Fransada "Kral klubu”nu 1:0 hesabıyla yenən "Lion” Madriddəki 1:1-lik heçheçə sayəsində növbəti mərhələyə yüksəlmişdi.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR