Ronaldo XXI əsrə damğa vurdu

Ronaldo XXI əsrə damğa vurdu

XXI əsrdə penaltidən ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Sport7.az xənər verir ki, "Yuventus"unun futbolçusu Kriştianu Ronaldo XXI əsrin ən sərrast oyunçusudur. Onun hesabında penaltidən vurulan 114 qol var. Ronaldo ən yaxın izləyicilərini 39 top qabaqlayır.

İkinci pillədə İspaniya "Barselona"sının kapitanı Lionel Messi və İtaliya "Roma"sının əfsanəsi Françesko Totti yer alıb. Onların aktivində 75 dəqiq penalti zərbəsi var.

"üçlüy"ü 64 qolla "Milan"ın isveçli forvardı Zlatan İbrahimoviç tamamlayır.

Qeyd edək ki, ilk "onluq”da Frenk Lempard (50), Edinson Kavani (48), Stiven Cerrard (46), Alessandro Del Pyero, Ronaldinyo (hər ikisi 44) və Serxio Aquero (41) da yer alıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR