Ronaldo

Ronaldo "Yuventus"dan ayrılmaq niyyətində deyil

"Yuventus"un hücumçusu Kristiano Ronaldo komandada qalacaq.

Sport7.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb. Bildirilir ki, bir ara Turin klubunu tərk edəcəyi ilə bağlı söz-söhbət gəzən portuqaliyalı superulduz hazırkı komandasındakı gələcəyinə şübhə etmir. 35 yaşlı forvard "qoca sinyora" ilə uğur qazanmağa köklənib, xüsusən də, "Qızıl buts" qazanmaq arzusundadır.

Ronaldonun "Yuventus"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR